Sizin Reklam Burada
Xəbər lenti
05-12-2025
04-12-2025
BÜTÜN XƏBƏRLƏR

17 yaşlı oğlan "TikTok"da bacısı ilə yazışan şəxsi küçədə bıçaqladı: Abşerondakı cinayətin TƏFƏRRÜATI

Tarix: 03-12-2025 08:51     Baxış: 336 A- / A+
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən 17 yaşlı Nail Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Məmmədli bir il azadlıqdan məhrum edilib. O, cəzasını tərbiyə müəssisəsində çəkəcək.
İttihama görə, hadisə Abşeron rayonu, Masazır qəsəbəsi, "Yeni Bakı" yaşayış massivində baş verib. Hadisəyə səbəb isə zərərçəkənlə müttəhimin "TikTok" sosial şəbəkəsində mübahisəsidir.
Belə ki, qəsəbə sakini Həsən adlı şəxs "TikTok"da canlı yayım açıb və bu vaxt Nailin bacısı da ora qoşulub. Həmin vaxt Nail də "TikTok"da olub və Həsənin canlı yayımında bacısını görüb. O, bacısından Həsənin kimliyini soruşub. Bacısı isə onu şəxsən tanımadığını bildirib.

Məlum olub ki, Həsən Nailin bacısına şəxsidə də yazıb. O, dərhal Həsənin nömrəsini taparaq ona zəng edib və görüşmək istədiyini deyib. Həsən isə onu görüşmək üçün yaşadığı məhəlləyə çağırıb. Nail evdən bıçaq götürərək Həsənin yaşadığı ünvana gedib. O, öncə zərərəçəkənin qardaşını görüb və ondan Həsəni soruşub. Qardaşı evlərini Nailə göstərib. Nail həmin ünvana gələrək Həsəni küçəyə çağırıb. Küçədə söhbət zamanı onların arasında mübahisə yaranıb və Nail Həsənə əlindəki bıçaqla iki zərbə endirib, hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə N.Məmmədli saxlanılıb, faktla bağlı cinayət işi başlanıb. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar