Sizin Reklam Burada
Xəbər lenti
02-12-2025
01-12-2025
BÜTÜN XƏBƏRLƏR

Kişi namaza görə arvadını döyüb, dişlərini sındırdı

Tarix: 02-12-2025 23:23     Baxış: 328 A- / A+
Abşeronda kişi dini inancla bağlı mübahisə zamanı arvadını döyüb.

Hadisə Xırdalan şəhərinin 28-ci məhəlləsində qeydə alınıb.

36 yaşlı Ümid Əzizov (adı və soyadı şərtidir) yaşadıqları evdə arvadı ilə dini inanc məsələsi üstündə mübahisə edib. Bu zaman o, yumruq, təpik və şillə ilə qadının bədəninin müxtəlif nahiyələrinə vuraraq, xəsarətlər yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsi ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, üç övladı var və arvadı ilə aralardan dəfələrlə mübahisələr olub:

"Səhər saat 4-də evə gəlib gördüm ki, uşaqlar yatıblar, amma arvadım yoxdur. Əsəbiləşdim. Evdən çıxdım və günorta yenidən qayıtdım. Evdə arvadımla mübahisəmiz düşdü. O, dini ad altında dələduzlara qoşulub və onu yolundan geri döndərməyə çalışırdım. Mübahisə zamanı o üstümə qışqırdı. Mən də əsəbiləşib sifətinə təpiklə zərbə vurdum. Nəticədə dişləri sındı".

Ümid Əzizov əməlindən peşman olduğunu, dəfələrlə cəhd etsə də, arvadı ilə barışa bilmədiyini qeyd edib. Məhkəmədən barəsində ədalətli qərar verilməsini xahiş edib.

Zərərçəkən qadın isə deyib ki, həmin gün yoldaşı ilə əvvəlcə pul üstündə dalaşıb. Əri onu vurduğu üçün küçəyə qaçıb və bir saat sonra evə qayıdıb:
"Günorta yenə aramızda pul və dini görüşlərim üstündə mübahisə düşdü. Ərim deyirdi ki, namaz qılma. Mən qılacağam deyəndə, o üstümə gəlib qışqırdı və məni vurmağa başladı. Zərbələrdən aşağı əyiləndə təpiklə ağzıma vurdu, dişlərim sındı. Hadisə barədə baldızıma məlumat verdim. O da Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə müraciət etdi".

Zərərçəkən əlavə olaraq bildirib ki, əri ilə barışmayıb və onun haqqında qanunauyğun tədbir görülməsini xahiş edir.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə Ümid Əzizov barəsində 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar