Sizin Reklam Burada
Xəbər lenti
24-01-2025
23-01-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

Tarix: 24-01-2025 11:44     Baxış: 446 A- / A+

“Forbes” jurnalında Rusiyanın yaralı əsgərləri – hətta əsası, çəliyi əlindən düşməmiş, başı, ayağı sarıqlı, qoltuq ağacından qurtulmağa macal tapmamış hərbçiləri yenidən Ukrayna cəbhəsində döyüş meydanına atdığı haqda yazı dərc olunub.
Manevr.az-ın novator.az-a istinadla məlumatına görə, yazılır ki, Ukraynada geniş müharibəyə başlayandan Rusiya 800 min hərbçisindən məhrum olub: “Söhbət həm həlak olan, həm də yaralandığına görə döyüş qabiliyyətini birdəfəlik itirən hərbçilərdən gedir. Bununla belə Rusiyanın ön xətdə – işğal etdiyi torpaqlarda və ona yaxın ərazilərdə azı 600 min nəfərlik qoşun saxlamağa gücü yetir. Təkcə elə bu fakt Rusiya ordusunun canlı qüvvə, şəxsi heyətin sayı baxımından Ukrayna ordusundan üstün olduğunu söyləməyə kifayət edir.

Amma bu o demək deyil ki, Rusiya əlavə ordu bölmələri formalaşdırmağa ehtiyac duymur. Əksinə, Rusiyanın günü-gündən bu sahədə çox çarəsiz üsullara əla atdığını təsdiqləyən yeni-yeni faktlar üzə çıxır. Aydın olur ki, Rusiya Silahlı Qüvvələrinin ən azı bir hərbi birləşməsi – 20-ci Ümumqoşun Ordusu yaralı döyüşçülərdən, hətta axsayan, əsa ilə hərəkət edən, qoltuq ağacı ilə gəzən əsgərlərdən ibarət hücum dəstələri formalaşdırıb, onları döyüşə atıb, nəticə isə çox faciəvi olub.

Hələ bir neçə ay əvvəl söz-söhbət dolaşırdı ki, bəzi rus komandirlər yaralıları ordu sıralarına qayıtmağa məcbur edir. Az sonra sosial şəbəkələrdə həqiqətən də “çəlikli batalyonlar”ı sübuta yetirən dəlillər yayılmağa başladı.
Hazırda Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhəri ətrafında şiddətli döyüşlər gedir. Ukraynanın pilotsuz uçuş aparatları Pokrovska sızmağa çalışan hücum dəstəsini qeydə alıb. Dronla çəkilən videolarda görünür ki, bu dəstə üzvlərinin əksəri əsa ilə, çətinliklə hərəkət edir və axsaya-axsaya Ukrayna mövqelərinə soxulmağa can atır. Ukrayna tərəfi elə bir ciddi təhlükə törətməsə də, yaralılardan ibarət olduğu aşkar müşahidə edilsə də, düşmənə aman vermir – dronlardan yağdırılan bombalar dəstənin axırına çıxır.
Ola bilsin, yaralını döyüşə atmaq, yəni faktiki ölümə göndərmək indiyədək istisna hal idi, hansısa qəddar komandirin özbaşına verdiyi əmrin nəticəsi idi. Lakin artıq bu, demək olar, normaya, qanunauyğunluğa çevrilib, sistemli hal alıb”.

Məqalədə xatırladılır ki, Pokrovskda “topal dəstə”nin dronla məhv edilməsi videosu yayılmazdan bir qədər əvvəl sosial şəbəkəyə başqa video da yol tapmışdı: “Həmin videonu 20-ci Ümumqoşun Ordusunun əsgəri çəkmişdi. Videodan aydın olurdu ki, rusiyalı əsgərlər, çox güman, Pokrovsk yaxınlığında meşədə toplaşıblar və ukraynalıların üstünə hücuma keçməyə hazırlaşırlar. Videoda neçə-neçə əsgərin yaralı olduğu, qoltuq ağacı ilə hərəkət etdiyi görünürdü. Videonu çəkən əsgər qoltuq ağacına dayaqlana-dayaqlana zorla yeriyən hərbçilərin döyüş tapşırığına göndərilməsini biabırçılıq adlandırırdı. Aydın məsələdir ki, o, videonu elə bu biabırçılığı ifşa etmək məqsədilə çəkmişdi”.
Yazıda deyilir ki, Rusiyanın Ukraynaya bu qədər qoşun yığdığı halda hətta ciddi xəsarət almış hərbçilərini də döyüş bölgəsindən çıxarmaq istəməməsi təəccüb doğurur. Məqalədə bu, belə izah olunur: bəli, Rusiya işğal etdiyi ərazilərə və Ukraynanın böyür-başına 600 minlik qoşun yığıb, amma görünür, qoşunların heç də hamısı döyüşməyi bacarmır.

“Forbes” vurğulayır ki, Rusiya ordusunun şəxsi heyətinin, xüsusilə quru qoşunlarının, piyadalarının çiyninə ağır yük düşüb, itkilərin sayı artdıqca bu yük daha da ağırlaşır: “Düzdür, insan resursu bərpa olunan resursdur, amma asan və tez bir zamanda bərpa olunan resurs deyil. Ukraynanın üstünə hücuma keçən rusiyalıların arasında ayağını çəkənlərin, qoltuq ağacına söykənənlərin sayının artması göstərir ki, Kreml insan resurslarını yerini doldura biləcək templə yox, çox sürətlə xərcləyir”.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar