Xəbər lenti
Qəbiristanlıqdan oğurluq edən şəxs HƏBS OLUNDU

Göygöl rayonunda qəbiristanlıqdan 4 ədəd mərmər gülqabı oğurlayan şəxs həbs edilib.
Manevr.az qaynarinfo-ya istinadən xəbər verir ki, 1988-ci ildə Göygöl rayonunda anadan olmuş B.H. saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib.
Aparılan araşdırma zamanı B.H.-nın oğurluğu ötən ayın 27-də törətməsi məlum olub.B.H. izahatında bildirib ki, Yeni il ərəfəsində içki içib, pulu olmadığı üçün Göygöl rayon qəbiristanlığından oğurluq etmək qərarına gəlib. O, həmin gün içkili halda qəbiristanlıqdan 4 ədəd qara mərmər güldanı qopararaq sellofan paketə qoyub. Həmin güldanları sata bilmədiyi üçün yaşadığı evin həyətində saxlayıb.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs bir ay müddətinə inzibati tənbeh növündə həbs olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































