AZAL-ın təyyarə qəzasında həlak olan təyyarəsinin ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub.
Manevr.az xəbər verir ki, bu barədə ölkə.аz-a danışan H.Əliyevanın atası Cəlil Əliyev faktı təsdiqləyib. O bildirib ki, hadisə ötən gün axşam saatlarında baş verib.
C.Əliyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu “Kapital bank”ın əməkdaşı olduğunu deyərək aldadıb:
"Telefonla zəng edərək dedilər ki, sizin şifrənizi, kartınızı Elmir Həsənov adında biri göndərib. Kartdan ümumilikdə 80 507 manat pul çəkilib. Bildirdilər ki, “Kapital bank”ın işçisiyik. Dedilər, banka yaxınlaşana qədər kartınızdakı pulu çəkəcəklər".
C.Əliyev artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “Qaynar xətt”inə zəng edərək məlumat verib.
Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.
Xəbər lenti
Milli Qəhrəman Hökumə Əliyevanın ailəsindən 80 min manat OĞURLANDI

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar