Sizin Reklam Burada
Xəbər lenti
18-08-2025
17-08-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya təyyarə qəzası ilə bağlı qərar verdi

Tarix: 15-01-2025 22:39     Baxış: 4168 A- / A+



Rusiya İstintaq Komitəsi "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı kompleks məhkəmə-tibbi ekspertizası təyin edib.
Manevr.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
"Dispetçer xidmətləri, hava hərəkətinin təşkili sistemi, hava hücumundan müdafiə vəzifəli şəxslərinin hərəkətlərini qiymətləndirmək üçün kompleks komissiya təşkilati və texniki məhkəmə ekspertizası təyin edilib", - o deyib.
O qeyd edib ki, istintaq faciənin səbəbləri ilə bağlı bütün mümkün versiyalar üzərində işləyir.
"Qroznı, Mahaçqala və "Mineralnıye Vodı"nın dispetçerləri ilə təyyarə komandiri arasında danışıqlar təhlil edilir. Kompleks aviasiya texniki ekspertizası təyin olunub", - Petrenko qeyd edib.
Onun sözlərinə görə, hava gəmisinin bütün sistemlərinin vəziyyəti, eləcə də maddi sübutlar öyrənilir.
"İstintaq Azərbaycan və Qazaxıstan Respublikasının səlahiyyətli orqanları ilə əməkdaşlıq əlaqələri qurub. Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssisləri ilə birlikdə Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzindən hava gəmisinin qeydiyyat aparatlarından alınan məlumatlar tədqiq olunur", - İstintaq Komitəsinin nümayəndəsi bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar