"Ukrayna Silahlı Qüvvələrinin Kursk istiqamətində irəliləmək cəhdinin qarşısı alınıb".
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukrayna ordusunun əsas qüvvələri Berdin yaşayış məntəqəsi yaxınlığında məhv edilib.
"Rus qoşunlarının Kursk istiqamətində irəliləyişini dayandırmaq üçün düşmən Bolşoy Soldatskoye kəndi istiqamətində hücum qrupları ilə əks hücuma keçib. Aviasiya və artilleriya qüvvələrinin dəstəyi ilə Şimal qoşun qrupunun bölmələri Ukrayna Silahlı Qüvvələrini irəliləmək cəhdini dayandırıb", - məlumatda qeyd olunub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna ordusunun itkiləri 150-dən çox hərbi qulluqçu, 16 zirehli döyüş maşını, 4 tank, 2 piyada döyüş maşını, bir mühəndis sədd maşını olub.
Qeyd edək ki, Ukrayna hərbçiləri ötən gün Kursk vilayətində genişmiqyaslı hücuma keçib.
Xəbər lenti
“Ukrayna ordusunun qarşısı alınıb” - Rusiya MN

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar