Sizin Reklam Burada
Xəbər lenti
18-08-2025
17-08-2025
BÜTÜN XƏBƏRLƏR

Məktəblilərin ölümünə səbəb olan sürücüyə hökm oxundu - FOTO

Tarix: 06-01-2025 14:29     Baxış: 4121 A- / A+

Zaqatalada sərxoş halda və sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə 3 məktəblini vuran şəxsin məhkəməsi başa çatıb.
Manevr.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1989-cu il təvəllüdlü Emin İbrahimova hökm oxunub.
Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirli bilinən şəxsə 8 il 6 ay həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, E.İbrahimov hadisə vaxtı yüngül dərəcəli sərxoşluq halında olub. O, ifadəsində bildirib ki, idarə etdiyi "Mercedes" markalı avtomobildə texniki nasazlıq olub və hadisə bu səbəbdən baş verib.
Xatırladaq ki, hadisə ötən ilin fevralında saat 13:00 radələrində Zaqatala rayonu Göyəm kəndində qeydə alınıb. E.İbrahimov sürücülük hüququ olmadan, eləcə də etibarnaməsiz idarə etdiyi "Mercedes" markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə dərsdən çıxıb yol kənarı ilə evə gedən 5-ci sinif şagirdlərini vurub.
Nəticədə, azyaşlılardan 2013-cü il təvəllüdlü Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itirib, İbrahim İbrahimzadə isə ağır xəsarətlər alıb. "qafqazinfo"

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar