Xəbər lenti
Biznesmenin evindən yarım milyonluq OĞURLUQ

Rayon sakini Mahirə Vəliyevanın evindəki seyfdən külli miqdarda pul və qızıllar oğurlamış 1983-cü il təvəllüdlü Elvin Vəliyev tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Külli miqdarda oğurluq) maddəsi ilə iş açılıb.
Məlum olub ki, Elvinin əmisi Rusiyada biznesmendir. Saatlıdakı evdə isə onun həyat yoldaşı M.Vəliyeva yaşayıb və seyfdə külli miqdarda qızıl və pul olub. Elvin seyfin açarının yerini öyrəndikdən sonra evdə heç kimin olmadığı vaxt, yəni 2023-cü ilin mart ayının sonlarından iyun ayının sonlarınadək qonşuluqdakı evə gizli daxil olub. O, seyfi açaraq, içərisindəki 391,685 manat pulu və 100 min manatdan çox dəyəri olan qızılları oğurlayıb. O, bütün pulları onlayn qumar oyunlarında uduzub. Qızılları da İmişli, Sabirabad və Bakıdakı lombardlara verərək pul götürüb, həmin pulları da internetdə uduzub.
Fakt üzə çıxdıqdan sonra Elvin həbs edilib.
O, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi üzrə təqsirli bilinərək, 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar