Xəbər lenti
Kədərli ailə dramı: Qızının yaşaması üçün öz canından keçdi
Ata xərçəngdən əziyyət çəksə də, qızı üçün əməliyyat pulu toplamaqdan ötrü özü müalicədən imtina edib. Bu hadisə Çində olub.
Atasının onun həyatda qalması üçün etdiyi fədakarlıq haqda tələbə Sun İn danışıb. Deyib ki, 2014-cü ildə atasında ağciyər xərçəngi aşkarlanıb. 2015-ci ildə isə onun özündə limfa sisteminin bədxassəli şişi müəyyən edilib. Ailənin onların hər ikisini eyni vaxtda müalicə elətdirməyə imkanı olmayıb. Ona görə də ata öz müalicəsini dayandırmaq qərarına gəlib. Nəticədə bir neçə ay sonra – 2015-ci ilin dekabrında dünyasını dəyişib.
2015-2018-ci illər ərzində Sun bir neçə dəfə əməliyyat olunub, 30 dəfədən çox kimyaterapiyadan keçib, şüa qəbul edib. Bununla belə, 21 yaşlı qız dərslərini də axsatmayıb, müalicə kurslarını əsasən həftəsonlarına saxlayıb. Ona görə də qrup yoldaşları uzun müddət onun xəstə olduğunu bilsələr də, konkret hansı xəstəlikdən əziyyət çəkdiyini bilməyiblər.
Müalicə müddətində qız bütün saçlarını itirib, 18 kiloqram da kökəlib.
Müalicənin bir mərhələsində Sun beş ay yataq rejimində olub, ona görə də dərslərində üç kəsiri yaranıb. Anasından xahiş edib ki, onun üçün akademik məzuniyyət götürsün. Yalnız o zaman müəllimlər və qrup yoldaşları onun xəstəliyindən xəbər tutublar. Ona təxminən 15 min dollar maddi yardım göstəriblər.
Sun deyir ki, ətrafdakıların dəstəyi onda xəstəliklə mübarizə gücünü artırıb. Hazırda tələbə qız növbəti kimyaterapiya kursunu keçir.\bizimyolinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar