Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 115 nəfəri ilan, əqrəb və qara qurd sancıb

Tarix: 20-09-2018 12:36     Baxış: 3285 A- / A+
Azərbaycanda 115 nəfəri ilan, əqrəb və qara qurd sancıb


Azərbaycanda aprel ayından indiyədək 115 nəfəri ilan, əqrəb və hörümçəyin bir növü olan qara qurd sancıb.

Manevr.az xəbər verir ki, bunu Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, Azərbaycanda aprel ayından indiyədək 71 nəfər ilansancma, 18 nəfər qaraqurd, 26 nəfər sarı əqrəb sancması şikayəti ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirilib.

A.Maqsudov qeyd edib ki, qaraqurd və sarı əqrəb sancmaları ilə bağlı şikayətlər əsasən Bakıətrafı ərazilərdə yaşayan insanlar tərəfindən daxil olub.

Şöbə müdiri bildirib ki, statistikaya əsasən, ilansancma ilə bağlı xəstəxanaya müraciətlər daha çox Şirvan şəhəri və Hacıqabul, Yevlax, Bərdə, Kürdəmir, Qəbələ rayonlarından daxil olur.

Onun sözlərinə görə, yanvar ayından indiyədək 118 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanada müalicə alıb.

A.Maqsudov əlavə edib ki, bu il qeyd edilən sancma və dəm qazından zəhərlənmə hadisələri nəticəsində ölüm baş verməyib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar