Xəbər lenti
Aşura günü könüllü qanvermə aksiyaları keçiriləcək - ÜNVANLAR

Hər il olduğu kimi, bu il də Məhərrəm ayının 10-cu günü - Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçiriləcək.
Nazirlikdən verilən məlumata görə, aksiyalar 20 sentyabr 2018-ci il tarixində Bakı və regionlarda təşkil olunacaq.
Könüllü aksiyada iştirak etmək arzusunda olan vətəndaşlar aşağıdakı ünvanlara gələrək qan verə bilərlə:
Bakı şəhəri üzrə:
- Binəqədi rayonu "İmam Əli məscidi",
- Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və "Mir Mövsüm ağa Ziyarətgahı",
- Nəsimi rayonu "Əjdər bəy məscidi" (mərasim zalı) və 20 saylı şəhər poliklinikası,
- Nizami rayonu "Şah Abbas məscidi" ,
- Sabunçu rayonu "Rəhimə xanım ziyarətgahı",
- Səbail rayonu "Bibiheybət məscid ziyarətgahı" və "İçəri şəhər Cümə məscidi",
- Suraxanı rayonu "Qaracuxur məscidi",
- Yasamal rayonu "Təzə pir məscidi" və "Hacı Soltanəli məscidi".
Əvvəlki illərdən fərqli olaraq vətəndaşların istəklərini nəzərə alıb regionlarda da analoji aksiyaların təşkili nəzərdə tutulub.
Aksiyaların təşkil olunacağı ünvanlar aşağıdakılardır:
- Gəncə şəhəri "İmamzadə kompleksi",
- Lənkəran şəhəri "Böyük bazar məscidi",
- Mingəçevir şəhəri "Heydər məscidi",
- Sumqayıt şəhər "Cümə məscidi",
- Şəki şəhəri "İmam Əli məscidi",
- Mərkəzi Qan bankının Şırvan bölməsi,
- Ağcabədi Mərkəzi rayon xəstəxanası,
- Beyləqan Mərkəzi rayon xəstəxanası,
- Bərdə rayonu "Bərdə İmamzadəsi",
- Biləsuvar rayonu "Cümə məscidi" (mərasim zalı),
- Cəlilabad Mərkəzi rayon xəstəxanası,
- Xaçmaz şəhər məscidi,
- Ağsu rayon mərkəzi xəstəxanası,
- Qan bankının Quba bölgəsi,
- Masallı şəhər Cümə məscidi.
Aksiyalar saat 09:00-dan başlayacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər
.jpg)


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar