Xəbər lenti
Evinin sökülməsinə etiraz edərək özünü yandıran kişi öldü – Bakıda

Evinin sökülməsinə etiraz edərək özünə qəsd edən Şahmərdanov Musayıl İsmayıl oğlu vəfat edib.
Manevr.az bildirir ki, bu barədə bizimyol.info-ya onun həyat yoldaşı Aytən Şahmərdanova bildirib.
Sabunçu rayonu, Sabunçu qəsəbəsi Əmir Bağırov küçəsi 14 ünvanında yaşayan ailənin hadisə nəticəsində iki nəfər üzvü yanıq xəsarəti alıb. Belə ki özünü yandıran Musayıl Şahmərdanovu xilas edərkən A.Şahmərdava da yanıb. Ağır yanaq xəsarəti alan M.Şahmərdanovun həyatını xilas etmək mümkün olmayıb.
A.Şahmərdanovanın sözlərinə görə, SOCAR əməkdaşları yaşadıqları evi sökməyə cəhd etdikləri üçün bu hadisə baş verib. Mülkiyyətinin sökülməsinə etiraz edən M.Şahmərdanov SOCAR əməkdaşlarının gözü qarşısında üzərinə benzin tökərək özünü yandırıb.
Qeyd edək ki hadisə ilə bağlı SOCAR-a göndərilən sorğuya cavab almaq mümkün olmayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar