Xəbər lenti
Türk qız İsrail ordusunda Fələstinə qarşı – Ölkə ayağa qalxdı
"Qəzza bölgəsində "Həmas"ın təmizlənməsi üçün əməliyyat başlanıb. Birliklərimiz 5 kilometr məsafədə Qəzzanın içərilərinə doğru irəliləyib".
Teleqraf.com xəbər verir ki, bunu İsrail ordusunda xidmət edən türk qızı Sabiha İrəm Çevik bir neçə gün öncə sosial şəbəkədə paylaşıb.
Türk qızın paylaşımı, habelə əməliyyat zamanı canlı yayıma çıxması Türkiyədə ciddi rezonans yaradıb. Paylaşımlarına yazılan söyüş və təhqiramiz ifadələrdən dolayı Sabiha İrəm Çevik sosial şəbəkə hesabını bağlayıb.
İsrail ordusunda xidmət edən türk qız Urfada doğulub. Həm Türkiyə, həm də İsrail vətəndaşı olan şəxslər hansı dövlətdə hərbi xidmət keçəcəyini özü seçir.
Amma Türkiyədə xanımlar hərbiyə çağırılmadığı üçün iki ölkə vətəndaşlığı olan qadınlar əsasən İsrail ordusunda xidmət etməli olur.
Sabiha İrəm Çeliyin Təl-Əvivin məşhur liman bölgəsi Yafada yaşadığı bəllidir. O, İsrail ordusunun Fələstinə qarşı həyata keçirdiyi əməliyyatlarda aktiv rol oynayır. İsrail ordusuna 2017-ci ildə xidmətə başlayan türk qız 2019-cu ilin avqustunda tərxis ediləcək.
Onu da qeyd edək ki, Türkiyə və İsrail vətəndaşı olan kişilər əsasən türk ordusunda xidmət etməyə üstünlük verirlər. Bunun bir səbəbi də İsraildə kişilər üçün hərbi xidmətin 3, Türkiyədə isə 1 il olmasıdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar