Xəbər lenti
Hər 9 nəfərdən biri acdır
BMT ekspertləri bu il dünyada ərzaq təhlükəsizliyi və qidalanma ilə bağlı situasiyanı təhlil ediblər.
Nəticələr dünən yayılmış xüsusi hesabatda əks olunub.
Hazırda dünyada aclıq çəkən və ya sürəkli yarıac olanların sayı 821 milyona çatıb.
Bu isə o deməkdir ki, dünyada faktiki olaraq hər 9 nəfərdən biri acdır.
Aclıq və yarıaclıqla bağlı situasiya Cənubi Amerika ilə Afrikanın əksər bölgələrində daha da pisləşib. Asiyada aclıq çəkən və yarıac olanların sayının azalma templərində durğunluq yaşanır.
Ac və yarıac insanlar həmişə olduğu kimi, Asiya ölkələrində daha çoxdur. Bu dövlətlərdə 515 milyon insan acdır.
Afrikada 256 milyon, Latın Amerikası və Karib adalarında isə 39 milyon insan doyunca yemir.
Aclığın yayılmasına təkan verən ən mühüm amillər arasında silahlı münaqişələr və bir sıra ölkələrdə iqtisadi böhranlarla yanaşı, müxtəlif regionlarda quraqlıq və daşqınlara səbəb olmuş qlobal iqlim dəyişiklikləri də var.
Hazırda dünyada 5 yaşına çatmamış 151 milyon uşaq normal qidalanmır. Bu uşaqların 55 faizi Asiya, 39 faizi Afrika ölkələrində yaşayır.\milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar