Sizin Reklam Burada
Xəbər lenti
06-11-2026
05-11-2026
BÜTÜN XƏBƏRLƏR

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Tarix: 07-11-2026 11:27     Baxış: 446 A- / A+


Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib.
Manevr.az xəbər verir ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Universitetin Klinikasının baş direktoru Samir Babayev burada yaradılmış şərait barədə dövlətimizin başçısına məlumat verdilər.
Bildirildi ki, təsdiq edilmiş memarlıq-planlaşdırma həllinə uyğun həyata keçirilən işlər çərçivəsində mövcud mühəndis-kommunikasiya sistemləri yenidən qurulub, şöbənin müasir tələblərə uyğun təşkili təmin edilib.
Təcili tibbi yardım şöbəsində xəstələrin qəbulu, müayinəsi və müalicəsinin səmərəli təşkili məqsədilə müasir tələblərə cavab verən funksional zonalar yaradılıb. Burada reanimasiya, uşaq pediatriya sahələri, palata, tibbi xidmətlərin və gündəlik fəaliyyətin təşkili üçün dərmanların saxlanılması və xidmətçi otaqları var. Şöbənin müvafiq tibbi avadanlıq və müasir mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilməsi onun funksional imkanlarının genişləndirilməsinə və tibbi xidmətlərin səmərəli təşkilinə imkan yaradır. İlkin qiymətləndirilməsi aparılmış pasiyentlərin tibbi göstərişlərə uyğun olaraq digər müəssisələrə köçürülməsi üçün reanimasiya və intensiv terapiya imkanları ilə təchiz edilmiş təcili tibbi yardım avtomobilləri mövcuddur.
Klinikada hazırda 70 stasionar, o cümlədən 5 reanimasiya çarpayısı var. Əlavə olaraq Təcili yardım şöbəsində 19 çarpayı və 5 əməliyyat zalı nəzərdə tutulub. Beləliklə, burada eyni vaxtda 70 stasionar və 19 təcili yardım pasiyentinə xidmət göstərmək mümkün olacaq.
Tibb müəssisəsində 2027-ci il üzrə inkişaf planı çərçivəsində ümumilikdə 230-250 əməkdaşın çalışması proqnozlaşdırılır.
Universitet Klinikasının əsas missiyası yalnız tibbi xidmət göstərmək deyil, eyni zamanda, müasir tibb təhsili, klinik təcrübə və gələcəkdə elmi-tədqiqat fəaliyyətini birləşdirən tibb mərkəzi kimi inkişaf etməkdən ibarətdir.




Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıbQarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıbQarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıbQarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıbQarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıbQarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıbQarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar