Xəbər lenti
Sergey Lavrovun təyyarəsi 20 saatdan çox havada qaldı

"Böyük iyirmiliy"in (G20) sammitində iştirak edəcək Rusiya nümayəndə heyətini ABŞ-yə aparan təyyarə 20 saatdan çox uçuş həyata keçirməli olub.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, "düşmən" ölkələrin hava məkanından yan keçməli olan xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyəti 20 saat 10 dəqiqəlik səfərdən sonra Atlantaya çatıb.
G20 ölkələrinin xarici işlər nazirlərinin sammiti oktyabrın 30-31-də Atlanta şəhərində keçiriləcək. Bu tədbir dekabrın 14-15-də Mayamidə keçirilməsi planlaşdırılan G20 liderlərinin sammitindən əvvəl əsas görüş hesab olunur. ABŞ Prezidenti Donald Tramp liderlərin sammitində Rusiya lideri Vladimir Putini görmək istədiyini bəyan etsə də, Kremldə hələlik bu barədə qərar qəbul edilmədiyi bildirilib.
Qeyd edək ki, Lavrov artıq bir neçə dəfə "düşmən" ölkələrdən yan keçərək ABŞ-yə səfər etməli olub. Belə ki, rusiyalı nazir BMT tədbirlərində iştirak etmək üçün 2 dəfə Nyu-Yorka 12 saatdan çox davam edən uçuşlar həyata keçirib.
Rusiyanın "düşmən" hesab etdiyi dövlətlərin siyahısında 49 ölkə var. Onların əksəriyyəti Avropa İttifaqı dövlətləridir. Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra tətbiq edilən hava məkanından istifadə məhdudiyyətləri Rusiya təyyarələrinin uçuşlarını çətinləşdirir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























