Sizin Reklam Burada
Xəbər lenti
30-10-2026
29-10-2026
BÜTÜN XƏBƏRLƏR

Anar Əliyev Şuşada vətəndaşları qəbul etdi

Tarix: 30-10-2026 15:39     Baxış: 353 A- / A+
Anar Əliyev Şuşada vətəndaşları qəbul etdi
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Şuşa şəhərində Şuşa və Xocavənd rayonlarının sakinlərini qəbul edib.
Bu barədə nazirlikdən məlumat verilib.
Qəbuldan əvvəl nazir Anar Əliyev Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini ehtiramla yad edib.
Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, pensiya və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailəsi üzvü və müharibə iştirakçıları da olub.
Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Nazir Anar Əliyev özünüməşğulluq proqramı çərçivəsində Şuşa şəhər sakini Zeynalov Kamil Babək oğlu üçün qurulmuş kiçik təsərrüfat sahəsinə baxış keçirib.
Proqramın dəstəyi ilə Kamil Zeynalov üçün “Səyyar kofe evləri” istiqaməti üzrə zəruri aktivlər təqdim edilməklə kiçik biznes qurulub. O, işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Şuşada 27 şəxs üçün kiçik təsərrüfatlar qurulub.

Manevr.az
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar