Sizin Reklam Burada
Xəbər lenti
28-10-2026
BÜTÜN XƏBƏRLƏR

Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür edib

Tarix: 29-10-2026 15:33     Baxış: 440 A- / A+


Ukraynanın Baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqal Ukraynanın enerji sektoruna göstərdiyi müntəzəm dəstəyə Azərbaycan Prezidenti İlham Əliyevə görə təşəkkür edib.
Bu barədə Ukraynanın Energetika Nazirliyinin yaydığı bəyanatda bildirilib.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycanın Energetika Nazirliyinə ölkəmizin enerji sektoruna göstərdiyi mühüm və müntəzəm dəstəyə görə səmimi təşəkkürümü bildirirəm. Yeni enerji avadanlıqları partiyası tərəfdaşlarımızın Ukraynanın enerji dayanıqlığına və artıq beşinci müharibə qışı ərəfəsində insanların dəstəklənməsinə verdiyi mühüm töhfədir", - deyə Şmıqal qeyd edib.
Onun sözlərinə görə, Azərbaycandan göndərilən növbəti humanitar yardım partiyasına ümumi dəyəri 1,47 milyon dollardan çox olan 9 güc transformatoru, 186 kilometr elektrik naqili və digər mühüm avadanlıqlar daxildir.
İndiyədək Ukrayna Energetika Nazirliyinin logistika mərkəzləri vasitəsilə Azərbaycandan ümumi çəkisi 2 432,4 tondan çox olan avadanlıqlardan ibarət 159 humanitar yük qəbul edilib.
Əvvəlki yardımlara güc transformatorları, transformator yarımstansiyaları, generatorlar, elektrik kabelləri və enerji infrastrukturunun fəaliyyətini təmin etmək üçün zəruri olan digər avadanlıqlar daxil olub.
Qeyd edək ki, yardımın göndərilməsi Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2026-cı il tarixli sərəncamına uyğun olaraq, Energetika Nazirliyi tərəfindən təmin edilib. Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik enerjisi təchizatı sahəsində humanitar yardım göndərib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar