Sizin Reklam Burada
Xəbər lenti
24-10-2026
23-10-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir

Tarix: 24-10-2026 17:09     Baxış: 445 A- / A+


Ermənistanın Qafan meşə təsərrüfatına daxil olan Çakaten meşəbəyliyi ərazisində qanunsuz ağac kəsimi faktı aşkarlanıb.
Bu barədə Armenia Today xəbər yayıb. Məlumata görə, ərazidə ekopatrul xidmətinin əməkdaşları tərəfindən yoxlama aparılıb. Yoxlama zamanı hadisə yerində olan iki nəfərin kəsilmiş ağacların qanuni mənşəyini təsdiqləyən sənədləri təqdim edə bilmədiyi bildirilib.
Aşkarlanan oduncaq mühafizə üçün meşə təsərrüfatına təhvil verilib. Ehtimal olunan pozuntu törədən şəxslər barəsində protokollar tərtib olunub və ətraf mühitə dəymiş zərər hesablanıb.
Qeyd edək ki, Ermənistanın Sünik vilayətində yerləşən Çakaten kəndi Azərbaycanın Qubadlı rayonunun Eyvazlı kəndi ilə həmsərhəddir.
Hadisə ilə bağlı açıqlamada kəsilmiş ağacların sayı, dəymiş zərərin məbləği və ehtimal olunan pozuntuya görə məsuliyyət daşıyan şəxslər barədə əlavə təfərrüatlar açıqlanmayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar