Sizin Reklam Burada
Xəbər lenti
21-10-2026
BÜTÜN XƏBƏRLƏR

Paşinyanla Kobaxidze sammit üçün Brüsselə gedir

Tarix: 22-10-2026 10:13     Baxış: 369 A- / A+


Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 3-də Brüsseldə keçiriləcək Avropa İttifaqının (Aİ) genişlənməsi ilə bağlı sammitdə iştirak edəcək.
Manevr.az xəbər verir ki, Kobaxidze sammitin çıxışçılar siyahısına daxil edilib. Tədbir Brüsseldəki "Autoworld" sərgi kompleksində keçiriləcək və müzakirələr Euronews auditoriyası üçün canlı yayımlanacaq.
Sammitdə Aİ-nin genişlənmə perspektivləri, üzvlüyə namizəd ölkələrdə islahatlar, Avropanın təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və investisiya imkanları müzakirə olunacaq.
Tədbirdə Avropa Şurasının Prezidenti Antonio Koşta, Ermənistanın Baş naziri Nikol Paşinyan, Albaniyanın Baş naziri Edi Rama, Xorvatiyanın Baş naziri Andrey Plenkoviç və Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova da iştirak edəcəklər.
Xatırladaq ki, Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər son illərdə gərginləşib. Tərəflər arasında fikir ayrılıqları Gürcüstanın Avropaya inteqrasiya prosesi və ölkədə həyata keçirilən siyasi qərarlarla bağlı müzakirələr fonunda davam edir.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar