Sizin Reklam Burada
Xəbər lenti
20-10-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda Türkiyə bayrağının endirilməsinə cəhd dezinformasiyadır

Tarix: 20-10-2026 20:29     Baxış: 341 A- / A+
Azərbaycanda Türkiyə bayrağının endirilməsinə cəhd dezinformasiyadır
"Bəzi media orqanları və sosial şəbəkə hesablarında yayılan "Türkiyə bayrağının Azərbaycanda endirilməsinə cəhd" iddiaları dezinformasiyadır".
Manevr.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin “X” hesabında paylaşım edilib.
Bildirilib ki, sözügedən görüntülər köhnə tarixə aiddir:
"Görüntülərin çəkildiyi vaxt Türk bayrağına qarşı mənfi hərəkət etməyə çalışan təxribata Azərbaycan vətəndaşları tərəfindən ilk və ən sərt reaksiya verilib. Türk bayrağının endirilməsi kimi bir hadisə baş verməyib”, – paylaşımda qeyd olunub.
Mərkəz vurğulayıb ki, köhnə görüntülərin yeni hadisə kimi təqdim edilməsi və kontekstdən çıxarılaraq yayılması Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərini hədəfə alır.
Bu cür manipulyasiyaya qarşı həssas və diqqətli olmaq barədə ictimaiyyətə çağırış edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar