Sizin Reklam Burada
Xəbər lenti
19-10-2026
18-10-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə olundu - FOTO

Tarix: 19-10-2026 18:42     Baxış: 386 A- / A+
Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə olundu - FOTO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant İsa Səif bin Ablan əl-Məzruini qəbul edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ölkələrimiz arasında hərbi əməkdaşlığın mövcud vəziyyətini müsbət qiymətləndirən general-polkovnik Z.Həsənov bu əlaqələrin bundan sonra da genişləndirilməsinin vacibliyini vurğulayıb. “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimindən danışan nazir bu cür təlimlərin Azərbaycan ilə BƏƏ arasında hərbi əlaqələrin genişlənməsinə və ordularımızın inkişafına töhfə verəcəyini qeyd edib.
Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-leytenant İsa Səif bin Ablan əl-Məzrui qarşılıqlı təcrübə mübadiləsinin aparılmasında birgə təlimlərin və ikitərəfli səfərlərin əhəmiyyətini vurğulayıb.
Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev BƏƏ-dən olan həmkarı ilə görüşüb.
Baş Qərargahda keçirilən görüşdə general-polkovnik K.Vəliyev ölkəmizdə keçirilən “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində iştirak edən hərbi qulluqçuların fəaliyyətini yüksək qiymətləndirib.
General-leytenant İsa Səif bin Ablan əl-Məzrui Azərbaycan ilə BƏƏ arasında əlaqələrin daha da gücləndirilməsi üçün bütün imkanların mövcud olduğunu vurğulayıb.
Tərəflər ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Görüşlərdən sonra Hərbi Hava Qüvvələrinin Birləşmiş Hava Əməliyyat Mərkəzində olan nümayəndə heyətinə burada görülən işlər barədə ətraflı məlumat verilib.

Manevr.az
Medial
Medial
Medial
Medial
Medial

Medial

Medial

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar