Xəbər lenti
Sabahın hava PROQNOZU - Güclü leysan yağacaq
Oktyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, 9-dan 10-na keçən gecə və səhər bəzi şərq rayonlarında yağıntıların güclənəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-6° isti, gündüz 7-12° isti olacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























