Sizin Reklam Burada
Xəbər lenti
08-10-2026
07-10-2026
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycan əsgəri atəş açmasaydı, onu elə həmin gün geri qaytarardıq” - Paşinyan

Tarix: 08-10-2026 15:09     Baxış: 337 A- / A+

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan hərbçisi Nəsimi Musayevin saxlanılması ilə bağlı hyeni açıqlama verib.
Manevr.az modern.az-a istinadən xəbər verir ki, Paşinyan erməni jurnalistlərlə söhbətində bildirib ki, Azərbaycan hərbçisi atəş açmasaydı, elə həmin gün geri qaytarılacaqdı.“Əgər Azərbaycan hərbçisi atəş açmasaydı, biz onu elə həmin gün geri qaytarardıq. O, özü-özlüyündə problemdir, amma düşünmürəm ki, bu, hər hansı şəkildə sülh prosesini təhlükə altına atsın”, – Paşinyan deyib.
Baş nazirin sözlərinə görə, artıq sülh bərqərar olub.
“Biz Şəki kəndində baş verən insidenti heç bir halda kiçiltmək niyyətində deyilik. Amma dünən parlamentdə aparılan müzakirələr məni dəhşətə gətirdi. Çünki Allah eləməsin, bizim hərbçimiz səhvən Azərbaycana keçsə, bu qiymətləndirmələrə veriləcək reaksiyanı görəcəyik və sonra deyəcəklər: “Bəs bu necə sülh idi?” – deyə Paşinyan bildirib.
Ermənistan hökumətinin başçısı adekvatlığı itirməməyə çağırıb.
Xatırladaq ki, oktyabrın 1-də Azərbaycan hərbçisi Nəsimi Musayev naməlum şəraitdə Ermənistanın Sünik vilayətinin Şəki kəndinə keçib. Orada onu saxlayıblar.
Ermənistan tərəfi onun barəsində cinayət işi açıb və məhkəmə tərəfindən 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar