Sizin Reklam Burada
Xəbər lenti
05-10-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan əsgəri Bakıya təhvil veriləcək? - Paşinyandan açıqlama

Tarix: 06-10-2026 11:48     Baxış: 327 A- / A+
Azərbaycan əsgəri Bakıya təhvil veriləcək? - Paşinyandan açıqlama
Ermənistan Baş naziri Nikol Paşinyan naməlum şəraitdə ölkəsinə keçən Azərbaycan əsgərinin Bakıya ekstradisiya edilib-edilməyəcəyi ilə bağlı suala birbaşa cavab verməkdən imtina edərək, məsələ barədə oktyabrın 8-də açıqlama verəcəyinə eyham vurub.
Manevr.az xəbər verir ki, sualı cavabsız qoyan baş nazir cümə axşamı brifinqin keçiriləcəyini bildirib.
Nikol Paşinyanın suala cavabı belə olub: “Cümə axşamı brifinqimiz var”.
Əsgərin ekstradisiya edilib-edilməyəcəyi ilə bağlı artıq qərar verilib-verilmədiyi soruşulduqda da baş nazir cavab verməyərək, jurnalistlərdən uzaqlaşıb.
Baş Prokurorluğun Mətbuat xidməti oktyabrın 1-də bəyan edib ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib.
Bununla yanaşı, hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılmış və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib.
Araşdırma zamanı toplanmış materiallar əsasında Hərbi Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hazırda iş üzrə zəruri istintaq və digər prosessual hərəkətlər davam etdirilir.
Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan Respublikasının ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.
Hazırda Nəsimi Musayevin Ermənistan Respublikası ərazisində olması, saxlanılması, habelə hadisənin digər hallarının aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən qarşı tərəfin müvafiq qurumları ilə zəruri təmaslar davam etdirilir.
Cinayət işi üzrə istintaqın gedişi və nəticələri barədə qanunvericiliyin tələblərinə uyğun olaraq ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar