Sizin Reklam Burada
Xəbər lenti
05-10-2026
04-10-2026
03-10-2026
BÜTÜN XƏBƏRLƏR

Zelenski: Almaniya ilə 8,5 milyard avro dəyərində 15 saziş imzalanıb

Tarix: 05-10-2026 15:56     Baxış: 420 A- / A+


Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniya kansleri Fridrix Merts Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniya kansleri Fridrix Merts

Ukrayna və Almaniya arasında ümumi dəyəri 8,5 milyard avrodan çox olan 15 saziş və sənəd imzalanıb.
Manevr.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Fridrix Mertslə Kiyevdə görüşündən sonra bildirib.
Onun sözlərinə görə, sazişlər təhlükəsizlik əməkdaşlığı, müdafiə sənayesi, silah və avadanlıqların alınması, eləcə də Ukraynada birgə layihələri əhatə edir.
Zelenski qeyd edib ki, əməkdaşlığın əsas istiqamətlərindən biri pilotsuz uçuş aparatlarına qarşı mübarizə imkanlarının, o cümlədən ələkeçirici dronların, kiçik raketlərin, radarların, pilotsuz yerüstü sistemlərin və artilleriyanın inkişaf etdirilməsidir.
Ukrayna Prezidenti hava hücumundan müdafiənin gücləndirilməsi və Almaniyada “Patriot” sistemləri üçün raket istehsalının artırılması istiqamətində də işlərin davam etdiriləcəyini bildirib.
Zelenski həmçinin Almaniyanın digər Avropa ölkələri və şirkətləri ilə birlikdə FREYJA proqramında iştirakını xüsusi qeyd edib. Proqram Avropada ballistik raketlərə qarşı müdafiə imkanlarının yaradılmasını nəzərdə tutur.
Bundan əlavə, tərəflər Ukraynanın enerji sektoruna dəstəyi müzakirə ediblər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar