Sizin Reklam Burada
Xəbər lenti
03-10-2026
02-10-2026
BÜTÜN XƏBƏRLƏR

Braziliyada prezident seçkiləri keçirilir

Tarix: 04-10-2026 13:53     Baxış: 428 A- / A+


Braziliyada prezident seçkiləri keçirilir
Braziliyada prezident seçkiləri keçirilir. Əsas mübarizə hazırkı Prezident Luis İnasio Lula da Silva ilə keçmiş Prezident Jair Bolsonaronun oğlu, senator Flavio Bolsonaro arasında gedir.
Manevr.az “Associated Press“ə istinadən xəbər verir ki, təxminən 159 milyon seçicinin səsvermə hüququ var. Namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməsə, ən çox səs alan iki namizəd oktyabrın 25-də keçiriləcək ikinci tura çıxacaq.
80 yaşlı Lula dördüncü dəfə prezident seçilməyə çalışır. Onun əsas rəqibi, 45 yaşlı Flavio Bolsonaro isə ABŞ Prezidenti Donald Trampın müttəfiqi kimi tanınır. Bolsonaro Vaşinqtonla, xüsusilə nadir minerallar sahəsində daha sərfəli razılaşmalar əldə etməyin tərəfdarı olduğunu bildirib.
Lula isə ABŞ-nin Braziliya siyasətinə mümkün müdaxiləsini tənqid edib və ölkənin suverenliyini seçki kampaniyasının əsas mövzularından birinə çevirib. O, eyni zamanda Çinlə münasibətlərin gücləndirilməsinə üstünlük verib.
Flavio Bolsonaro hakimiyyətə gələcəyi təqdirdə dövlət çevrilişinə cəhddə ittiham olunaraq 27 il həbs cəzası alan atası Jair Bolsonaronun azadlığa buraxılmasına çalışacağını da vəd edib.
Prezident seçkiləri ilə yanaşı, braziliyalılar 27 ştatın qubernatorlarını, 513 federal deputatı və 81 senatordan 54-nü də seçirlər.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar