Sizin Reklam Burada
Xəbər lenti
03-10-2026
02-10-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın bu rayonlarına qar yağdı - FOTO

Tarix: 04-10-2026 12:27     Baxış: 327 A- / A+

Azərbaycanın bu rayonlarına qar yağdı (FOTO)Oktyabrın 4-ü saat 12:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 4-ü saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Yağıntılar ayrı-ayrı yerlərdə arabir leysan xarakterli intensiv və güclü olub. Dağlıq ərazilərə - Qrız, Xınalıq, Şahdağ, Qusar və Şahbuz rayonunun yüksəkliklərinə isə qar yağıb.

Qar örtüyünün hündürlüyü Qrızda 10, Xınalıqda 5, Şahdağda 2, Qusarda 1 sm-dir.

Qeydə alınan yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında:

Maştağada 37 (aylıq normanın 93%-i), Binədə 21 (aylıq normanın 75%-i), Bakıda 16 (aylıq normanın 57%-i), Sumqayıtda 5 mm-dir.

Respublikanın rayonlarında ən çox düşən yağıntının miqdarı:

Kişçayda (Şəki) 55 (aylıq normanın 64%-i), Qəbələdə 51 (aylıq normanın 40%-i), Sarıbaşda (Qax) 45 (aylıq normanın 36%-i), Oğuzda 45 (aylıq normanın 45%-i), Göyçayda 41 (aylıq normanın 76%-i), Astarada 30, Kürdəmirdə 26 (aylıq normanın 56%-i), İsmayıllıda 24 (aylıq normanın 32%-i), Şamaxıda 23 (aylıq normanın 30%-i), Xızıda 22 (aylıq normanın 39%-i), Yardımlıda 20, Lənkəranda 18, Gədəbəydə 17 (aylıq normanın 30%-i), Qobustanda 17 (aylıq normanın 36%-i), Lerikdə 16, Xaltanda 15 (aylıq normanın 31%-i), Sabirabadda 15 (aylıq normanın 36%-i), Göygöl, Qusarda 15, Neftçalada 14 (aylıq normanın 31%-i), Daşkəsəndə 14, Zərdabda 13 (aylıq normanın 34%-i), Mingəçevirdə 12 (aylıq normanın 30%-i), Naftalan, İmişlidə 11, Tərtər, Beyləqanda 10, digər rayonlarda isə 1-9 mm qeydə alınıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar