Xəbər lenti
DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən yaradılan DOST mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi istiqamətində işlərin bu il də davam etdirildiyini bildirib. Cari ildə də Naxçıvan şəhərində Regional DOST Mərkəzinin, Tərtər, Neftçala və İmişli DOST Qəbul şöbələrinin istifadəyə verildiyi qeyd edilib.
Vurğulanıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında dövlət sosial xidmətləri "bir pəncərə"dən, şəffaf və operativ şəkildə, vətəndaş məmnunluğuna uyğun göstərilir. 2026-cı ilin ötən dövründə də DOST xidmətlərindən vətəndaş məmnunluğu səviyyəsi 99,2 faiz olub.
Artıq ölkədə 8 DOST mərkəzi, 4 DOST Qəbul şöbəsi və 3 DOST məntəqəsi fəaliyyət göstərir və qarşıdakı dövrdə DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək.
İclasda DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Agentliyin bu ilki fəaliyyəti, DOST mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər, innovativ rəqəmsal həllərin tətbiqi, hədəflərlə bağlı təqdimat edib.
Agentliyin fəaliyyət istiqamətləri üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























