Sizin Reklam Burada
Xəbər lenti
30-09-2026
29-09-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yeni agentlik yaradıldı

Tarix: 01-10-2026 10:39     Baxış: 333 A- / A+

Azərbaycanda yeni agentlik yaradıldı

İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi və strukturu bu gündən qüvvəyə minib.
Manevr.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin avqustun 20-də imzaladığı fərmanda nəzərdə tutulub.
Əsasnaməyə görə, Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft-qaz sektoruna investisiyaların cəlb edilməsi və ixracın təşviqi istiqamətində fəaliyyət göstərəcək.
Qurum sahibkarların, investorların və ixracatçıların hüquq və qanuni mənafelərinin müdafiəsi üzrə tədbirlər görəcək, onlara dövlət xidmətlərinin vahid məkanda göstərilməsini təşkil edəcək.
Agentliyin vəzifələrinə sahibkarların və startapların kredit, investisiya, qrant və digər maliyyə resurslarına çıxışının asanlaşdırılması barədə təkliflər hazırlamaq, xarici investorların yerli bazara daxil olması və fəaliyyətinin genişləndirilməsi üzrə xidmətlər göstərmək də daxildir.
Bundan başqa, mikro, kiçik və orta sahibkarlıq, investisiya və ixrac fəaliyyətinə təsir edən normativ hüquqi aktların layihələri fərmanda müəyyən edilmiş qurumlar tərəfindən Agentliklə razılaşdırılmalıdır.
Agentliyə iqtisadiyyat nazirinin Prezidentlə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad etdiyi direktor rəhbərlik edəcək. Direktorun dörd müavini olacaq.
Qurumun strukturu Aparatdan və regional bölmələrdən ibarətdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar