Xəbər lenti
Bakıda CAMCA Regional Forumu keçirilir
Bakıda Mərkəzi Asiya, Amerika, Qafqaz və Əfqanıstanı (CAMCA) birləşdirən regional liderlərin illik görüşü - CAMCA Regional Forum keçirilir.Manevr.az xəbər verir ki, Forum özəl biznes və dövlət sektorunun nümayəndələrini, yüksək səviyyəli rəsmiləri, investorları, sahibkarları və ekspertləri bir araya gətirir.
İki gün davam edəcək tədbir çərçivəsində regionda əməkdaşlığın genişləndirilməsi, iqtisadi artımın təşviqi və sosial inkişaf üçün imkanlar müzakirə olunacaq.
Forumun proqramında sahibkarlıq və investisiya, ticarət və nəqliyyat, yaşıl maliyyə, süni intellekt, fintech, təhsil, turizm və media daxil olmaqla, region üçün aktual olan müxtəlif mövzulara həsr edilmiş panel müzakirələri və sessiyalar keçiriləcək.
2014-cü ildə təsis edilən CAMCA Regional Forum bu günədək 12 dəfə təşkil olunub. Forumlar çərçivəsində 40-dan çox ölkədən 2 000-dən artıq iştirakçı və 560-dan çox spiker bir araya gəlib.
2026-cı ildə Bakının ev sahibliyi etdiyi Forum region ölkələri arasında dialoqun, təcrübə mübadiləsinin və əməkdaşlığın inkişafına töhfə verəcək növbəti regional platforma hesab edilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Media
Ədəbiyyat
Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























