Sizin Reklam Burada
Xəbər lenti
18-10-2026
17-10-2026
BÜTÜN XƏBƏRLƏR

Deputat toyuq ətinin bahalaşmasından narazılıq etdi

Tarix: 28-09-2026 15:56     Baxış: 391 A- / A+

Deputat toyuq ətinin bahalaşmasından narazılıq etdi

Son dövrlərdə dönər qiymətlərində də artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sual yaradır. Çünki toyuq əti adətən daha əlçatan və nisbətən ucuz alternativ hesab olunur.
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı modern.az-a Milli Məclisin deputatı Razi Nurullayev açıqlama verib:
"Toyuq ətinin təxminən 25 faiz bahalaşmasını yalnız mal ətinin qiymət artımı ilə əlaqələndirmək doğru deyil. Mal əti bahalaşdıqda toyuğa tələbin artması mümkündür, amma bu, 25 faizlik artımı öz-özünə izah etmir".
Deputat bildirib ki, burada əsas məsələ qiymətin hansı mərhələdə yüksəldiyini müəyyən etməkdir. Əgər istehsal xərcləri ciddi dəyişməyibsə, o zaman topdansatış, təchizat və pərakəndə satış zəncirinə baxmaq lazımdır.
"Bir məsələyə əminəm: bazarda qiymət artımı varsa, onun səbəbi rəqəmlərlə izah olunmalıdır. “Bazar belədir” cavabı kifayət deyil. Xüsusilə toyuq əti əhali üçün əsas və daha əlçatan ərzaq məhsullarından biridir. Ona görə də burada həm istehlakçının, həm də dürüst sahibkarın maraqları qorunmalıdır"- R.Nurullayev söyləyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar