Xəbər lenti
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır

Manevr.az xəbər verir ki, Forumun önəmi burada müzakirə olunan qlobal əhəmiyyətli iqtisadi mövzularla yanaşı, Azərbaycana gələn investorların miqyası və səviyyəsi ilə də ölçülür.
Bu il Bakıda qlobal maliyyə və investisiya bazarının aparıcı şirkətlərinin, investisiya və suveren fondların, beynəlxalq maliyyə institutlarının rəhbərləri bir araya gəliblər. Müzakirələrdə BlackRock/GIP, Franklin Templeton, PGIM, Brookfield, KKR, Ares, Neuberger Berman kimi qlobal investisiya qurumları, eləcə də Türkiyə Sərvət Fondu, Sinqapurun Temasek fondu və digər böyük institusional investorlar təmsil olunur.
Forumda iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi təxminən 30 trilyon ABŞ dollarına çatır. Bu miqyasda qlobal investorların Bakıda bir araya gəlməsi Azərbaycanın investisiya imkanlarına marağın göstəricisi olmaqla yanaşı, ölkəmizin iri beynəlxalq kapital üçün təqdim etdiyi imkanların tanıdılması, birbaşa əlaqələrin genişləndirilməsi və beynəlxalq investisiya əməkdaşlığının gücləndirilməsi baxımından mühüm fürsətdir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


.jpg)
Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























