Sizin Reklam Burada
Xəbər lenti
24-09-2026
23-09-2026
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtdan Xankəndiyə, Kəlbəcərdən Tərtərə avtobuslar açılır

Tarix: 24-09-2026 18:24     Baxış: 337 A- / A+

Sumqayıtdan Xankəndiyə, Kəlbəcərdən Tərtərə avtobuslar açılır

Sərnişindaşıma xidmətinin keyfiyyətinin, təhlükəsizliyinin və rahatlığının artırılması məqsədilə müxtəlif istiqamətlər üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, müsabiqəyə Bakı şəhərinin 22, 31, 67 və 92 nömrəli şəhərdaxili, 172 və 191 nömrəli şəhərətrafı, Mingəçevir şəhərinin 5 nömrəli şəhərdaxili, eləcə də bir sıra şəhərlərarası və rayonlararası avtobus marşrutları təqdim olunub.
Şəhərlərarası marşrutlar sırasında Bakı–Gəncə, Bakı–İsmayıllı, Bakı–Şabran, Bakı–Siyəzən, Bakı–Sabirabad, Bakı–Göyçay, Bakı–İmişli, Sumqayıt–Naftalan, Sumqayıt–Xankəndi–Laçın, Kəlbəcər–Tərtər, Tərtər–Xankəndi, Mingəçevir–Qax, Mingəçevir–Ağcabədi, Şəki–Gəncə, Bərdə–İsmayıllı və Tərtər–Bərdə istiqamətləri yer alır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna və Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun keçirilir.
İddiaçıların sənədləri oktyabrın 23-dək saat 17:00-a qədər AYNA-da qəbul ediləcək. Müsabiqədə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələrinin də təqdim olunması tələb olunur. İddiaçıların təkliflərinə Bakıdan Gəncə, İsmayıllı, Şabran, Siyəzən, Sabirabad, Göyçay və İmişliyə olan marşrutlar üzrə 9 lot çərçivəsində oktyabrın 30-da baxılacaq. Sumqayıt–Naftalan, Sumqayıt–Xankəndi–Laçın, Kəlbəcər–Tərtər, Tərtər–Xankəndi, Mingəçevir–Qax, Mingəçevir–Ağcabədi, Şəki–Gəncə, Bərdə–İsmayıllı və Tərtər–Bərdə istiqamətləri üzrə 9 lota noyabrın 3-də baxılması nəzərdə tutulur.
Bakı şəhərinin 22, 31 və 191 nömrəli marşrutları üzrə 3 lota noyabrın 6-da, 67 və 92 nömrəli marşrutlar üzrə 2 lota noyabrın 13-də, 172 nömrəli şəhərətrafı və Mingəçevir şəhərinin 5 nömrəli şəhərdaxili marşrutları üzrə 2 lota isə noyabrın 17-də baxılacaq.
Lotlar üzrə marşrutların hərəkət qrafikləri barədə məlumat AYNA-nın təqdim etdiyi materiallarda yerləşdirilib.
Qeyd edək ki, şəhərlərarası, rayonlararası, şəhərdaxili və rayondaxili marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli şəkildə müsabiqəyə təqdim edilir. Bu tədbirlər sərnişindaşıma xidmətlərinin keyfiyyətinin, təhlükəsizliyinin və rahatlığının artırılmasına yönəlib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar