Xəbər lenti
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.Manevr.az xəbər verir ki, 43 yaşlı Ovni Muradov Babək rayon Nehrəm kəndində anadan olub. 2004-cü ildə Naxçıvan Dövlət Unversitetinin tarix ixtisasını bitirib.
2002-ci ildə əmək fəaliyyətinə Babək rayon Nehrəm kənd 2 nömrəli tam orta məktəbinə müəllim vəzifəsinə təyin olunaraq başlayıb. 2014-cü ildə Babək rayon Nehrəm kənd 2 saylı tam orta məktəbində direktor vəzifəsində çalışıb.
2016-2018-ci illərdə Babək rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ildə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini vəzifəsində çalışıb.
2023-cü il sentyabr ayının 12-dən 2023-cü il oktyabr aynın 16-nadək Naxçıvan Muxtar Respublikası təhsil nazirinin vəzifələrini müvəqqəti icra etmək ona həvalə edilib.
2024-cü ilin aprel ayında Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























