Sizin Reklam Burada
Xəbər lenti
20-09-2026
19-09-2026
BÜTÜN XƏBƏRLƏR

Türkiyə səfirliyində Zəfər bayramı qeyd edildi

Tarix: 28-08-2026 20:40     Baxış: 374 A- / A+


Türkiyənin 30 Avqust - Zəfər bayramı münasibətilə ölkənin Azərbaycandakı səfirliyində rəsmi tədbir keçirilib.
Manevr.az xəbər verir ki, qəbulda Azərbaycan müdafiə naziri Zakir Həsənov və nazirin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov iştirak ediblər.
Bununla yanaşı, qonaqlar arasında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, digər ölkələrin Azərbaycandakı səfirləri, Bakıda fəaliyyət göstərən Türkiyə şirkətlərinin nümayəndələri yer alıblar.
Tədbir Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlayıb.
Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubunu oxuyub.
Təbrikdə bildirilib ki, 30 Avqust Zəfəri türk xalqının əsarəti qəbul etməyəcəyini bütün dünyaya göstərib və Anadolu torpaqlarında milli müstəqilliyin qorunmasını təmin edib. R.T.Ərdoğanın mesajında 104 il əvvəl xalqın nümayiş etdirdiyi əzmkarlıq, cəsarət, birlik və qətiyyətin bu gün də Türkiyə üçün əsas motivasiya mənbəyi olduğu vurğulanır.
Müdafiə naziri Zakir Həsənov isə Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağlarının hər keçən gün daha da möhkəmləndiyini vurğulayıb. Nazir bildirib ki, iki ölkə arasındakı münasibətlər Ulu Öndər Heydər Əliyevin miras qoyduğu "Bir millət, iki dövlət" prinsipi və Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün ifadə etdiyi "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" prinsipi əsasında inkişaf edir.
"Bu prinsiplər birliyimizin əbədi və dəyişməz rəmzi olmaqla yanaşı, Azərbaycan-Türkiyə münasibətlərini səciyyələndirən mükəmməl bir konsepsiyadır" - deyə, Zakir Həsənov əlavə edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar