Sizin Reklam Burada
Xəbər lenti
03-08-2026
02-08-2026
BÜTÜN XƏBƏRLƏR

Zalujnı: Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq

Tarix: 04-08-2026 09:11     Baxış: 326 A- / A+




Ukraynanın Böyük Britaniyadakı səfiri, general Valeri Zalujnı Ukraynanın NATO-ya üzvlük perspektivini real hesab etmədiyini bildirib.
Manevr.az apa-ya istinadən bildirir ki, Kiyevdə keçirilən səfirlərin ümumi müşavirəsində çıxış edən Zalujnı uzun illər NATO standartlarının tətbiqi üzərində çalışdığını xatırladaraq, Ukraynanın Alyansa qəbul ediləcəyi ilə bağlı verilən vədlərin heç vaxt reallaşmadığını deyib.
"12 ilə yaxın NATO standartlarının mənimsənilməsi ilə məşğul olmuşam və hər il eşitmişəm ki, guya Ukrayna tezliklə NATO-ya qəbul ediləcək. Təəssüf ki, biz heç vaxt NATO-ya üzv olmayacağıq", - deyə o vurğulayıb.
Generalın sözlərinə görə, buna səbəb Ukrayna Silahlı Qüvvələrinin inkişaf səviyyəsi ilə yanaşı, NATO-nun hələ də İkinci Dünya müharibəsi dövrünün doktrinalarına əsaslanmasıdır.
Zalujnı bildirib ki, Alyans indiki formatda qalacaq və Ukraynanın NATO standartlarına tam uyğunlaşması üçün uzun illər tələb olunacaq.
Bununla yanaşı, o qeyd edib ki, Ukraynanın raketdən müdafiə, kosmik imkanlar və digər yüksək texnologiyalar sahəsində NATO ölkələrinin təcrübəsinə ehtiyacı qalır.
General hesab edir ki, Ukraynanın təhlükəsizlik təminatları NATO-dan daha çox gələcəkdə formalaşa biləcək Avropa hərbi təhlükəsizlik blokları ilə bağlı olacaq. Onun fikrincə, Böyük Britaniyanın rəhbərlik etdiyi Birgə Ekspedisiya Qüvvələri (JEF) təhlükəsizlik baxımından daha perspektivli mexanizmdir.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar