Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Kərim Vəliyev Belarusdadır

Tarix: 13-07-2026 21:14     Baxış: 380 A- / A+

Kərim Vəliyev Belarusdadır


Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin dəvəti ilə bu ölkədə rəsmi səfərdədir. 
Müdafiə Nazirliyindən verilən məlumata görə, protokola uyğun olaraq rəsmi qarşılanma mərasimində Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Sonra general-polkovnik Kərim Vəliyev Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko ilə görüşüb.
Görüşdə Azərbaycanla Belarus arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf perspektivləri müzakirə edilib.
Tərəflər həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Minsk şəhərində yerləşən Qələbə meydanındakı Qələbə abidəsini ziyarət edərək abidə önünə əklil qoyub.
Daha sonra qonaqlar Belarus Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) bölməsini ziyarət edib, akademiyanın tədris-maddi bazası və laboratoriyaları ilə tanış olublar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar