Sizin Reklam Burada
Xəbər lenti
13-07-2026
12-07-2026
11-07-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda dövlət qurumu ləğv edildi

Tarix: 13-07-2026 14:30     Baxış: 326 A- / A+

Azərbaycanda dövlət qurumu ləğv edildi 

Naxçıvanda dövlət qurumlarının fəaliyyətinin optimallaşdırılması istiqamətində növbəti qərar qəbul edilib. Nazirlər Kabineti "Naxçıvan Təlim Mərkəzi" publik hüquqi şəxsin ləğv olunması ilə bağlı qərar verib.
Manevr.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, "Naxçıvan Təlim Mərkəzi" publik hüquqi şəxs ləğv edilir.
Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ləğvetmə prosesinin həyata keçirilməsi tapşırılıb. Nazirlik aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət ləğvetmə komissiyası formalaşdırmalı və prosesin mülki qanunvericiliyin tələblərinə uyğun aparılmasını təmin etməlidir.
Bundan başqa, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Maliyyə nazirlikləri və digər aidiyyəti dövlət qurumları ilə birlikdə qərarın icrası istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən "Naxçıvan Təlim Mərkəzi" peşəkar inkişaf və ixtisasartırma qurumudur. Mərkəz 2024-cü ildə publik hüquqi şəxs olaraq yaradılıb və dövlət, özəl və ictimai sektor əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər həyata keçirir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar