Sizin Reklam Burada
Xəbər lenti
10-07-2026
09-07-2026
BÜTÜN XƏBƏRLƏR

Erməni separatçılarının Bakıda məhkəməsi keçirildi

Tarix: 10-07-2026 20:17     Baxış: 326 A- / A+
Erməni separatçılarının Bakıda məhkəməsi keçirildiİyulun 10-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.
Manevr.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.
Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.
Əvvəlcə ötən məhkəmə iclasında çıxışına başlayan təqsirləndirilən Arkadi Qukasyana söz verilib. O, çıxışını davam etdirərək ittiham olunduğu maddələr üzrə özünü təqsirli bilmədiyini deyib.
Daha sonra təqsirləndirilən Vasili Beqlaryanın müdafiəçisi çıxış edərək məhkəmədən hüquqlarını qoruduğu təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını və 2026-cı il 5 fevral tarixli hökmün ləğv edilməsini xahiş edib.
Ardınca çıxış edən Vasili Beqlaryan da ittiham olunduğu maddələr üzrə özünü təqsirli bilmədiyini deyib.
Daha sonra təqsirləndirilən Bako Sahakyanın vəkili çıxış edərək məhkəmədən müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
Təqsirləndirilən Bako Saakyanın digər vəkili isə 2026-cı il 5 fevral tarixli hökmün ləğvini, müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını və verilmiş apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş edib.
Bako Saakyan çıxışı zamanı cinayət işi üzrə ona elan olunan ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyib.
Məhkəmənin növbəti iclası iyulun 14-də keçiriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar