Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Əli Əsədov yeni QƏRAR

Tarix: 10-07-2026 17:53     Baxış: 383 A- / A+
Əli Əsədov yeni qərar imzaladı
Nazirlər Kabineti "Ərzaq təminatı xəritəsi" informasiya sistemi haqqında Əsasnamə"ni təsdiq edib.

Manevr.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, İqtisadiyyat Nazirliyi "Ərzaq təminatı xəritəsi" informasiya sisteminin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməlidir.
Bundan başqa, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bu Qərarın 1-ci hissəsi nəzərə alınmaqla, "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirləri həyata keçirməlidir.
Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Ehtiyatları Agentliyi bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən
Əsasnamənin 4.2-ci bəndində nəzərdə tutulmuş məlumatların Elektron Hökumət
İnformasiya Sistemi vasitəsilə "Ərzaq təminatı xəritəsi" informasiya sisteminə ötürülməsini təmin etmək məqsədilə altı ay müddətində zəruri tədbirlər görməlidir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar