Sizin Reklam Burada
Xəbər lenti
18-07-2026
17-07-2026
BÜTÜN XƏBƏRLƏR

Xankəndidə hərbi yürüş keçirilir - FOTOLAR

Tarix: 26-06-2026 10:27     Baxış: 392 A- / A+
Xankəndidə hərbi yürüş keçirilir - FOTOLAR


Xankəndi şəhərində 26 İyun– Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə hərbi yürüş təşkil olunub.
Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhərin mərkəzi küçələri boyunca təntənəli keçidi ilə başlayan yürüş, Müdafiə Nazirliyinin hərbi orkestrinin müşayiəti ilə keçirilib, vətənpərvərlik ruhunda musiqilər səsləndirilib.
Hərbi yürüş şəhər sakinləri tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb. Sakinlər əllərində Azərbaycan bayraqları ilə yürüş iştirakçılarını alqışlayaraq, onlara dəstək nümayiş etdiriblər.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, eləcə də Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları da yürüşə qatılaraq bayram ab-havasını bölüşüblər.
Xatırladaq ki, ötən il də Xankəndi şəhərində Silahlı Qüvvələr Günü münasibətilə hərbi yürüş keçirilmişdi. Bu tədbirlər Azərbaycan Ordusuna ehtiramın, milli həmrəyliyin və vətənpərvərlik ruhunun təntənəsinə çevrilib.

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar