Sizin Reklam Burada
Xəbər lenti
02-06-2026
01-06-2026
BÜTÜN XƏBƏRLƏR

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

Tarix: 13-05-2026 13:22     Baxış: 3105 A- / A+
300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?300 mindən çox azərbaycanlının Ermənistana (Qərbi Azərbaycan – red) qayıtmasına hazırlıq gedir.
Manevr.az publika.az-a istinadla xəbər verir ki, bu iddia ilə erməni politoloq Artur Xaçikyan çıxış edib.
Xaçikyan geri qayıdacaq azərbaycanlıların daha çox hansı ərazilərdə məskunlaşacağı ilə bağlı fikirlər irəli sürüb.
“İlkin olaraq 300 min azərbaycanlının qayıdacağını düşünsək - onların sayının 1 milyona qədər artdığı da deyilir - bu, təxminən 300 kənd deməkdir. Çünki Ermənistanda orta hesabla bir kəndin əhalisi 1000 nəfərdir. Gəlin bu rəqəmin üçdə bir hissəsini – 100 kəndi götürək. Azərbaycanlılar hansı kəndlərdə məskunlaşacaq? Güman ki, onlar daha çox 1988-ci ildə Ermənistandan çıxmazdan əvvəl yaşadıqları ərazilərdə məskunlaşdırılacaqlar. 1988-ci ildən əvvəl azərbaycanlıların yaşadıqları kəndlər məlumdur. Onlar xüsusilə Göyçə gölünün şərqində və Zəngəzur-Qafan bölgəsində kompakt yaşayırdılar. Ehtimal ki, geri qayıdacaq azərbaycanlılar əsasən bu bölgələrdə yerləşəcək”, - o bildirib.
Erməni politoloq iddia edir ki, Göyçə gölünün şərq hissəsi və Qafan bölgəsi Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir.
"Göyçə gölünün şərq hissəsi strateji əhəmiyyət daşıyır. Qafan bölgəsi də Naxçıvanın Azərbaycana quru ərazi ilə birləşdirilməsində rol oynaya bilər. Bu necə ola bilər? Azərbaycanlılar bu bölgələrdə məskunlaşdıqdan sonra həmin ərazilərin bolşeviklər tərəfindən ermənilərə verildiyi məsələnini qaldıracaqlar, daha sonra tarixi ədalətsizlik adılandırdıqları bu məsələni həll edəcəklər”, - erməni politoloq iddia edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar