Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Onlara hərbi xidmətə görə 3 maaşlıq müavinət veriləcək

Tarix: 12-05-2026 14:29     Baxış: 3197 A- / A+

Onlara hərbi xidmətə görə 3 maaşlıq müavinət veriləcək


Diplomatik xidmətə müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılma ilə xitam verildikdə əməkdaşa orta aylıq dövlət məvacibinin 3 misli həcmində müavinət ödənilməsi nəzərdə tutulur.
Manevr.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Diplomatik xidmət haqqında”  layihədə əksini tapıb.

Hərbi xidmətdən qayıdan və 60 gün ərzində müraciət edən şəxslərin əvvəlki vəzifəyə və ya analoji vəzifəyə təyin olunması da layihədə əksini tapıb.
Dəyişikliklərdə diplomatik xidmət stajına daxil ediləcək dövrlərin siyahısı da genişləndirilir. Buraya məcburi işburaxma dövrü, əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət, ödənişli sosial məzuniyyətlər, beynəlxalq təşkilatlarda fəaliyyət dövrü və dövlət orqanı rəhbərlərinin qulluq illəri daxil edilir.
Qanun layihəsinə əsasən, dəyişikliklərin 2026-cı il yanvarın 1-dən tətbiqi nəzərdə tutulur.
Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib. 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar