“Sülh bizim üçün adi vəziyyət deyil”.
Manevr.az apa-ya istinadla xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında deyib.
“Azərbaycan Prezidenti İlham Əlinin qeyd etdiyi kimi, biz sülh naminə hərəkət etməklə bağlı siyasi iradə, siyasi cəsarət nümayiş etdirdik. 30 ildən çoxdur görmədiyimiz bir vəziyyətdə yaşayırıq. Buna görə də iki il əvvəl, bir il əvvəl belə bir vəziyyətə nail ola biləcəyimiz inanılmaz idi. Amma indi Ermənistana Gürcüstan üzərindən Azərbaycandan yük göndərilir. Əminəm ki, bir gün bu yükü birbaşa öz ərazilərimizdən keçməklə ala biləcəyik. Birbaşa Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqəsi ola biləcək və 90-cı illərdə yaranan problemlərin öhdəsindən gələ biləcəyik. Amma çox vacib olan odur ki, hər ikimiz irəli baxırıq. Əgər geriyə baxmağa, baş verənlərin və niyə baş verdiyinin səbəblərini axtarmağa çalışsaq, bu, bizi fürsətdən məhrum edəcək. Biz bunu qiymətləndiririk. Bunu görə bilirik. Prezident Əliyev sülh içində yaşamağı öyrənməli olduğumuzu qeyd etdi. Sizi əmin edə bilərəm ki, bu, bizim üçün də adi bir vəziyyət deyil”, - deyə Ermənistan Prezidenti bildirib.
Xəbər lenti
Ermənistan Prezidenti: Əminəm ki, bir gün Azərbaycandan yükləri birbaşa öz ərazimizdən qəbul edə biləcəyik

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























