Sizin Reklam Burada
Xəbər lenti
18-04-2026
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Leyla Əliyeva Efiopiyanın baş naziri ilə görüşdü

Tarix: 19-01-2026 18:30     Baxış: 358 A- / A+


Leyla Əliyeva ilə Efiopiyanın Baş naziri Abiy Əhməd Əli arasında görüş keçirilib.
Manevr.az xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Efiopiya arasındakı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri ətraflı müzakirə olunub.
Səmimi dialoq şəraitində keçən görüşdə Leyla Əliyeva Azərbaycan Respublikası Prezidentinin salamlarını qarşı tərəfə çatdırıb və dövlətimizin başçısının adından Baş naziri ölkəmizə səfərə dəvət edib.
Efiopiyanın Baş naziri Abiy Əhməd Əli dəvəti böyük məmnuniyyətlə qəbul edərək, Azərbaycan Prezidenti haqqında yüksək ehtiramla danışaraq, xoş sözlərini ifadə edib.
Baş nazir ölkəmizdə gedən sürətli inkişaf prosesini təqdir etdiyini bildirib. O, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasəti və beynəlxalq aləmdəki yüksək nüfuzunu xüsusi vurğulayaraq, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətindən söz açıb.
Görüşdə, həmçinin işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verilib.
Vurğulanıb ki, Azərbaycanın 2024-cü ilin noyabrında ev sahibliyi etdiyi COP29 tədbirinin uğurlu təcrübəsi böyük maraqla qarşılanıb. Bu təcrübənin 2027-ci ildə Efiopiyada keçiriləcək COP32 konfransında tətbiq edilməsi imkanları müzakirə olunub. Hər iki ölkə arasında bu mühüm sahədə təcrübə mübadiləsinin aparılmasının vacibliyi bir daha qeyd edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar