NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsinin təyinatı prosesi yekunlaşır.
Manevr.az bildirir ki, bu barədə NATO-nun mətbuat xidmətindən apa-nın sorğusuna cavab olaraq bildirilib.
“Cənubi Qafqaz və Qara dəniz regionları müttəfiq ölkələrin ümumi təhlükəsizliyi üçün vacibdir. Bu, Azərbaycan da daxil olmaqla, regiondakı bir sıra ölkələrlə uzunmüddətli tərəfdaşlıqlarımızda öz təzahürünü tapır. Hərbi blokun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsinin təyin olunması prosesi artıq yekunlaşır. Bir müddətdən sonra məsələ ilə bağlı daha ətraflı məlumat verəcəyik”, - qeyd olunub.
Qeyd edək ki, Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepon müsahibəsində NATO-nun yaxın zamanda Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin etməyi planlaşdırdığını bildirib.
Xəbər lenti
NATO: Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndənin təyinatı prosesi yekunlaşır

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























