Xəbər lenti
Qəbələdə nəhəng su anbarının tikintisindən görüntülər

Manevr.az xəbər verir ki, layihənin əsas məqsədi əkin sahələrinin davamlı suvarılmasının təmin edilməsi, əhalinin içməli su təchizatının yaxşılaşdırılması və daşqın risklərinin minimuma endirilməsidir.
Yengicə su anbarının istifadəyə verilməsi ilə minlərlə hektar əkin sahəsində su təminatının stabilləşməsi gözlənilir. Bu, kənd təsərrüfatında məhsuldarlığın artmasına, itkilərin azalmasına və yerli əhalinin gəlir imkanlarının genişlənməsinə şərait yaradacaq.
Eyni zamanda, kəndlərdə su probleminin aradan qaldırılması daxili miqrasiyanın azalmasına da müsbət təsir göstərə bilər. Məlumata görə, Yengicə su anbarının layihələndirilməsi zamanı müasir mühəndislik yanaşmalarından istifadə olunub, su səviyyəsinin tənzimlənməsi, itkilərin qarşısının alınması və təhlükəsizlik mexanizmləri beynəlxalq standartlara uyğun şəkildə qurulub. Su anbarə ətraf mühitə təsirin minimuma endirilməsi prinsipi əsasında inşa olunub.
Qeyd edək ki, oxşar layihələr ölkənin digər bölgələrində də həyata keçirilir. Yengicə su anbarından təxminən 70 kilometr qərbdə, Oğuz rayonunun ərazisində Əlcan çayı üzərində yeni su anbarının inşası davam edir. Layihə yekunlaşdıqdan sonra 16 kəndin içməli su təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Həmçinin Şəki və Oğuz rayonlarında ümumilikdə 33 min hektara yaxın ərazi suvarma suyu ilə təmin ediləcək.
Ətraflı AzTV-nin sujetində:
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























