Sizin Reklam Burada
Xəbər lenti
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan italiyalı hərbçiyə “Dənizçi kortiki” bağışladı - VİDEO

Tarix: 25-12-2025 20:30     Baxış: 3108 A- / A+
Azərbaycan italiyalı hərbçiyə “Dənizçi kortiki” bağışladı - VİDEOAzərbaycan Respublikası ilə İtaliya Respublikası arasında hərbi əməkdaşlıq çərçivəsində hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) şəxsi heyətinin hərbi təhsil sahəsində əlaqələri uğurla davam etdirilir. 
 

Manevr.az xəbər verir ki, “Azərbaycan Respublikasının müdafiə naziri ilə İtaliya Respublikasının müdafiə naziri arasında Hərbi Dəniz Qüvvələrinin (HDQ) şəxsi heyətinin təlim və təhsili sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu”na uyğun olaraq, hər iki ölkənin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində fərqlənən məzunlara HDQ komandanlığı adından xatirə hədiyyələri təqdim edilir.
 
Bu çərçivədə Azərbaycan Respublikasının İtaliyadakı Hərbi Attaşelik aparatının nümayəndəsi İtaliyanın Livorno Hərbi Dəniz Akademiyasını fərqlənmə ilə bitirən leytenant Guglielmo De Simoneyə Azərbaycan HDQ komandanı adından imzalanmış sertifikatla birlikdə “Dənizçi kortiki”ni təqdim edib.
Niyyət Protokolunun müddəalarına əsasən, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun HDQ fakültəsini fərqlənmə ilə bitirən bir zabitə isə İtaliya Respublikasının ölkəmizdəki Hərbi Attaşesi tərəfindən İtaliya HDQ-nin Baş Qərargah rəisi adından imzalanmış sertifikatla birlikdə “Tələbələrin şərəf qılıncı” hədiyyə edilir.
 
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar